Müğənni Rəqsanə İsmayılova ötən gün doğum gününü qeyd edib.
Oxu.Az xəbər verir ki, Rəqsanə müsahibələrinin birində mayın 25-də təmtəraqlı ad günü və klip təqdimatı edəcəyini söyləmişdi. Lakin işlərinin çoxluğundan bunu edə bilməyib. O, doğum gününü Moskvada qeyd edib.Həyat yoldaşı müğənniyə ad günü münasibətilə “Bentley” markalı avtomobil bağışlayıb.
Xatırladırıq ki, müğənni Rəqsanə İsmayılova ANS telekanalında yayımlanan “Bazar səhəri Rövşanə Bektaşi ilə” verilişinin qonağı olan zaman canlı yayımdan həyat yoldaşına ona avtomobil hədiyyə etməsini istəmişdi:
“Ad günüm yaxınlaşır. Mənə “Gelandewagen” alsa, daha çox sevinərəm. Buradan həyat yoldaşıma müraciət edirəm. İstəyirəm ki, həmin avtomobildən mənə hədiyyə etsin”.
Aytən Sadıqzadə
www.oxu.az