Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, sərəncamda deyilir:
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin:
1. 14.8.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
14.8.1. Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:
14.8.1.1. 3 ayadək 30 manat
14.8.1.2. 6 ayadək 60 manat
14.8.1.3. 1 ilədək 120 manat
14.8.1.4. 1 il 6 ayadək 180 manat
14.8.1.5. 2 ilədək 240 manat
14.8.1.6. 2 il 6 ayadək 300 manat
14.8.1.7. 3 ilədək 360 manat
2. Aşağıdakı məzmunda 14.8.1-1-ci və 14.8.1-2-ci maddələr əlavə edilsin:
14.8.1-1. Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:
14.8.1-1.1. 3 ayadək 15 manat
14.8.1-1.2. 6 ayadək 30 manat
14.8.1-1.3. 1 ilədək 60 manat
14.8.1-1.4. 1 il 6 ayadək 90 manat
14.8.1-1.5. 2 ilədək 120 manat
14.8.1-1.6. 2 il 6 ayadək 150 manat
14.8.1-1.7. 3 ilədək 180 manat
14.8.1-2. Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:
14.8.1-2.1. 1 illik 40 manat
14.8.1-2.2. 2 illik (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti uzadıldıqda) 80 manat
3. 14.8.2-ci maddənin əvvəlinə “Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə” sözləri əlavə edilsin.
4. Aşağıdakı məzmunda 14.8.2-1-ci maddə əlavə edilsin:
14.8.2-1. Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə 150 manat
5. 14.15-ci maddə aşağıdakı redaksiyada verilsin:
14.15. Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə:
14.15.1. 30 günədək 30 manat
14.15.2. 60 günədək 60 manat
6. Aşağıdakı məzmunda 14.15-1-ci maddə əlavə edilsin:
14.15-1. Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə:
14.15-1.1. 30 günədək 15 manat
14.15-1.2. 60 günədək 30 manat
7. 18.58-ci maddə aşağıdakı redaksiyada verilsin:
“18.58. Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə:
18.58.1. 3 ayadək - 350 manat;
18.58.2. 6 ayadək - 600 manat;
18.58.3. 1 ilədək - 1000 manat.”.