Oktyabrın əvvəlində itkin düşmüş Hollivud aktrisası Misti Aphemin Vaşinqton ştatında meyiti tapıldığını US Weekly bildirib.
Oxu.Az Vesti-yə istinadən xəbər verir ki, identifikasiya aparılmayıb, amma asayiş keşikçilərinin məlumatına görə qadının çantasında Aphem adına olan sənədlər olub.
“Avqust” (2013) filminin ulduzunu sonuncu dəfə oktyabr ayının 5-də görüblər. Onun axtarışına qohumları və tanışları bir həftə vaxt sərf ediblər, bundan sonra 32 yaşlı Mistinin atası polisə yardım üçün müraciət edib. Daha öncə Aphemin atası, qızının əhval-ruhiyyəsinin yüksək olmadığını, tez-tez getmək haqqında danışdığını deyib.
Treysi Lettsin pyesi üzrə çəkilmiş “Avqust” filmində Aphem xidmətçi rolunu oynayıb və kəskin davranışı ilə tamaşaçıların yaddaşında qalıb. Onun çəkildiyi filmlər arasında ən məşhurları “Donmuş çay” (2008) və “Azad edilmiş Canqo” (2012) filmləri yer alır.