Məşhur aktyor, kinoprodüser Maykl Duqlasın anası, tanınmış aktrisa Diana Duqlas dünyasını dəyişib.
Oxu.Az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Maykl Duqlasın prodüser şirkətindən rəsmi məlumat verilib. Onkoloji xəstəlikdən əziyyət çəkən 93 yaşlı aktrisa evində vəfat edib.