"Hörümçək adam: Yeni gün" ("Spider-Man: Brand New Day") Şimali Amerika (ABŞ və Kanada) kassa yığımları tarixində ən çox gəlir gətirən film olub.
Oxu.Az bu barədə "The Numbers" portalına istinadən xəbər verir.
Portalın məlumatına görə, nümayiş olunduğu 47 gün ərzində ekran əsərinin kassa yığımları 936,773 milyon dollara çatıb. Bu göstərici ilə o, 936,662 milyon dollar qazanan "Ulduz müharibələri: Qüvvənin oyanışı" ("Star Wars: The Force Awakens") filmini geridə qoymağı bacarıb.
"Hörümçək adam" hələ nümayişinin ilk həftəsində 1,1 milyard dollardan çox gəlir əldə edərək 2026-cı ilin ən çox qazanan filmi olub.
Filmin dünya premyerası iyulun 31-də baş tutub. Ekran əsərinin istehsal büdcəsi 225 milyon dollar təşkil edib.