“The Only Way Is Essex” adlı serial ilə tanınan aktrisanın əylənmək üçün gəzintiyə çıxması öz qanına qərq olması ilə nəticələnib.
Oxu.Az əcnəbi mətbuata istinadla xəbər verir ki, 28 yaşlı Maria Fowler gecə gəzintisi zamanı şəxsiyyəti bilinməyən bir nəfərin hücumuna məruz qalıb.
Üz-gözü qan içində olan Fowler polisə müraciət edib. Polis cinayətkarın axtarışına başlayıb.
Qeyd edək ki, Maria Fowler əvvəl də bir iş adamının hücumuna məruz qalmışdı.