Tar və mahnı ifaçısı kimi repertuarını duetlərlə yeniləməyə qərar verən Humay Qədimova yeni fotoları ilə diqqət mərkəzində olmağı bacarır.
Oxu.Az xəbər verir ki, öncə duetlərindən söz salan musiqiçi bunun ilk yox, növbəti olacağını bildirməklə, duet ortaqlarının çox oduğunu diqqətə çatdırdı:
“Həm şou-biznesdən, həm də instrumentalçılar arasında duet ortaqlarım var. Hələlik repertuar seçilir, texniki proseslər davam edir. Bu, neçə illərin həm mən, həm musiqiçi dostlarım tərəfindən olan yaradıcılıq təklifidir. Əksəriyyət duetləri bir ərəfədə həyata keçirməyə qərar verdik. Adlarını tezliklə açıqlayacam”.
Sənətçinin yeni fotosessiyasını təqdim edirik: