Aprel ayında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə daxil olan sığorta haqları 1 milyon 473 min 383,62 manat olub.
Oxu.Az xəbər verir ki, İcbari Sığorta Bürosundan verilən məlumata görə, 2014-cü ilin aprel ayında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 914 sığorta müqaviləsi bağlanıb.
Bu müqavilələr üzrə daxil olan sığorta haqları 571 min 547,17 manat təşkil edib.
Həmçinin müvafiq ayda əvvəlki dövrlərdə bağlanmış 226 müqaviləyə dəyişiklik edilib ki, bu müqavilələr üzrə daxil olan sığorta haqları 901 min 836,45 manat təşkil edib.
Qeyd edək ki, icbari sığortanın bu növü üzrə “Paşa Həyat Sığorta” ASC, “Qala Həyat” Sığorta Şirkəti ASC və “Atəşgah Həyat” Sığorta Şirkəti ASC fəaliyyət göstərirlər.
Gülnarə Zeynalova
www.oxu.az