ANS TV-də yayımlanan “Adam içində” verilişinə Xırdalan şəhəri 3 saylı orta məktəbin 3-cü sinif şagirdi Soma faciəsində zərərçəkənlərə məktub yazıb və onlara öz cib xərcliyi ilə yardım göndərib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı “İrfan” dərgisinin baş redaktoru Nurlan Məmmədzadə sosial şəbəkədəki səhifəsində yayıb. Soma şəhidlərinin ailələrinə ünvanlanmış məktubda azərbaycanlı şagird öz kədərini ifadə edir və onlar üçün Allahdan rəhmət diləyir.
“Əziz qardaşlarımız!
Somadakı bu hadisəyə görə çox üzüldük. İnşallah, yerləri cənnət olar. Onlar qaranlıq bir yerdən cənnətə getdilər. Onlar şəhid oldular. Allah əzizlərinizə rəhmət etsin. Biz də sizin acılarınızı paylaşırıq və həmişə sizinləyik. Bilin ki, Azərbaycanda da sizin sevincinizi və acılarınızı paylaşan bacı və qardaşlarınız var.
Mehdi Məmmədli
Xırdalan şəhəri 3 saylı məktəbin 3b sinif şagirdi”.
Qeyd edək ki, yardımın məbləği barədə məlumat verilməyib.
Allah qəbul etsin!
