Kann kinofestivalı çərçivəsində “Ulduz xəritəsi” (Maps to the Stars) filminin fotokollu keçirilib.
Oxu.Az buro247.az-a istinadla xəbər verir ki, rejissor Devid Kronenberqin filmində Hollivudun səhnəarxası həyatından, aktyorların, prodüserlərin və agentlərin heç kimə məlum olmayan gizli işləri göstərilib. Baş rolları Robert Pattinson, Culiann Mur, Con Kyusak və Mia Vasikovska ifa edirlər.
Süjet xəttinin mərkəzində həkim-psixoterapevt və yazıçı Stefford Vaysın ailəsi dayanır. Onun pasientlərindən biri uşaqlıqdan aktrisa olmağı arzulayan Havanadır. İşlərinə aludə olan Vaysın ailəsində də vəziyyət ürəkaçan deyil.
Həyat yoldaşı Kristina narkotik asılılığından əziyyət çəkən 13 yaşlı oğlunun həyatını idarə etməyə çalışır. Ailənin böyük qızı Aqata isə Ruhi-Əsəb Xəstəlikləri Dispanserində müalicə alır. Aqatanın görüşdüyü Cerom Fontana isə Hollivud ulduzu olmaq eşqilə yaşayır.