“Hürrəm Sultan” obrazı ilə məşhurlaşan aktrisa Məryəm Uzərli fotoqraf Urban Ruths-un fotokamerasına verdiyi yeni pozaları ilə yenidən diqqət mərkəzində olub.
Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yeni serial üçün Türkiyəyə qayıtmağa hazırlaşan aktrisa İnstaqramda qara papaqlı geyimlə paylaşdığı şəkillərə “Ən sevdiyim geyimim” sözlərini yazıb.
Aktrisanın geyimini hicaba bənzədən bəzi sosial şəbəkə istifadəçiləri M.Uzərliyə “Hicab bağlamağa qərar verdin?” kimi sullar ünvanlandırıblar.
Aytən Sadıqzadə