Azərbaycanın tanınmış rep ifaçısı Hüseyn Dərya zəhərlənib.
Oxu.Az xəbər verir ki, yerli mətbuat orqanlarının verdiyi məlumata görə, repçi ötən gün saat 18:10 radələrində Sabunçu RPİ-nə aparılıb. Buna səbəb isə reperin narkotik sərxoşluq vəziyyətində olması olub.
1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikologiya Şöbəsindən verilən məlumata görə, Hüseyn Dərya ötən gün axşam saatlarında ağır vəziyyətdə xəstəxanaya daxil olub. Ona kəskin psixotrop dərman zəhərlənməsi diaqnozu qoyulub.
Artıq reperin vəziyyəti normallaşıb və bu gün səhər o, evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
Aytən Sadıqzadə
www.oxu.az