Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan vəzifəsindən istefa verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, adı korrupsiya qalmaqalında hallanan Z.Çağlayan bu gün istefa vermək qərarına gəlib.
Z.Çağlayanın oğlu Salih Kaan Çağlayan dekabrın 17-də İstanbul polisinin keçirdiyi rüşvət və korrupsiya əməliyyatı zamanı həbs edilib. Məhkəmə onun haqqında həbs qətimkan tədbiri seçib.
İqtisadiyyat naziri Zəfər Çağlayandan sonra daxili işlər naziri Müəmmər Gülər də istefa verib.
M.Gülərin oğlu Barış Gülər dekabrın 17-də İstanbul polisinin keçirdiyi rüşvət və korrupsiya əməliyyatı zamanı həbs edilib. Məhkəmə onun haqqında həbs qətimkan tədbiri seçib.