Mərhum reper Hüseyn Dəryanın qəbirüstü abidəsi hazırdır.
Oxu.Az xəbər verir ki, dünən reperin qırx mərasimi olub. Onu sevənlər, fanatları, dostları, yaxın qohumları onun qəbrini ziyarət ediblər.
Qeyd edək ki, H.Dəryanın ailəsi Rəqsanənin qəbirüstü abidəyə çəkdiyi 1550 manatı geri qaytarıb.
Xatırladırıq ki, reper bu ilin mart ayının 15-də avtomobil qəzasında dünyasını dəyişib.
Fotolar H.Dəryanın fanatlarının Facebook səhifəsindən götürülüb.