Dünyada bir çox insanlara bədbəxtlik gətirən xərçəng xəstəliyi avstraliyalı aktyor Hyu Cekmana da rahatlıq vermir.
Oxu.Az xəbər verir ki, o, mütəmadi olaraq dəri xərçəngindən müalicə olunur.
“İks adamlar” filmindəki Rosomaxi rolunun ifaçısı İnstagram səhifəsində üzündə yara sarğısı olan şəkil paylaşıb. Cekman şəklinin altında yenidən bədxassəli şişin götürülməsi üçün əməliyyat keçiridyini yazıb.
“Günəşdən qorunmaq üçün kremlərdən istifadə etməməyin axırı belə olur. Onkoloji xəstəliklərin ən yüngül forması olsa da, çox ciddi xəstəlikdir. Lütfən, günəşdən qorunmaq üçün kremlərdən istifadə edin”, - deyə aktyor fanatlarına xəbərdarlıq edib.

Xatırladaq ki, 2013-cü ildən bu yana Hyu artıq dörd əməliyyat keçirib: üç bədxassəli şiş burnundan, biri isə çiynindən götürülüb.
Bir qədər istehzalı sələnsə də, Hyu öz xəstəliyindən gəlir əldə edir. Ona bu diaqnoz qoyulduqdan Cekman uşaqlar üçün “Pure Sun Defense” vasitəsinin şəxsi xəttini yaradıb və özünün qarşılaşdığı problemlərdən insanların xəbərdar olması üçün kampaniyalar keçirir.
Aytən Sadıqzadə
www.oxu.az