Müğənni İbrahim Erkalın beyin ölümü olsa da, aparata qoşulu olaraq ürəyi hələ də yaşayır.
Oxu.Az Axşam.az-a istinadən məlumatına görə, onun aparatdan ayrılmasına xanımı Filiz Akgün bu gün qərar verəcək. Səhiyyə naziri Recep Akdağ bu gün jurnalistlərə açıqlamasında beyin ölümündən geriyə dönüş olmadığını açıqlayıb:
“Beyin ölümü ilə həqiqi ölüm arasında fərqi sadə insanlar bilməyə bilər. Bu, o deməkdir ki, insanın beyni ölsə də, həyati orqanları hələ yaşayır. Amma bunun geriyə dönüş ehtimalı yoxdur. Allah ailəsinə səbr versin”.
A.S.
www.oxu.az