Amerikada beyin əməliyyatı olduqdan sonra 6 gün boyunca oyanmadığı iddia edilən İbrahim Tatlısesdən yeni xəbər var.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçının meneceri Eyüp Kanat Tatlısesin son vəziyyəti barəsində bunları deyib:
“Yazılanlar həqiqətə uyğun deyil. İbrahim bəy oyanıb, amma ağrıları olduğu üçün həkimlər dərmanla yatırtma yolunu seçib. Bir neçə gündən sonra bu dərmanlar tamamilə kəsiləcək. Beyin funksiyaları yaxşıdır. Qorxulu heç nə yoxdur”.
Aytən Sadıqzadə