Xəbər verdiyimiz kimi II No Smoking Film Festivalına start verilib.
Oxu.Az xəbər verir ki, festivalda “Santa-Mariya gəmisi” adlı film də iştirak edir. Erotik səhnələrin də yer aldığı filmin quruluşçu rejissoru və ssenari müəllifi Elvin Abdullayevdir.
Filmdə Səfa Mehdi, Rəna Ağamuradova, Elmar Abdullazadə, Cövdət Şükürov, Türkay Verdiyeva, Edqar Abdullayev, Leyla Atayeva, Nicat Mahmudov çəkiliblər.
Aytən Sadıqzadə
www.oxu.az