Cəlilabad rayonunda qayın bacısının ərini bıçaqlayıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə Cəlilabad rayon Uzuntəpə kəndində baş verib. Adıçəkilən kənd sakini 1991-ci il təvəllüdlü İlkin Hüseynov öz qaynı və həmkəndlisi Vahab Həsənov tərəfindən bıçaqlanıb.
Sinə nahiyəsindən ağır bıçaq xəsarətləri alan yaralı Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq dərhal əməliyyat olunub.
Hazırda xəstənin durumu ağır olaraq qalır. Hadisənin baş veməsinə gəldikdə, zərərçəkənin yaxınlarının sözlərinə görə, Vahab bacısının ərini yenidən evlənmək istədiyinə görə bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.