Türkiyənin məşhur pop ifaçısı Gülşən ötən həftə alış-verişə yollanıb.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, müğənni 2 gün ərzində ümumilikdə 50 min lirəlik alış-veriş edərək qarderobunu yeniləyib.
Yaxın dostu Tolga Sezgin və aranjimançı sevgilisi Ozan Çolakoğlu ilə qışlıq geyimlər alan Gülşən “Alexander Wang”, “Emilio Pucci”, “Etro, Givenchy”, “Jimmy Choo” və “Stella McCartney” brendlərinə üstünlük verib.
“Jimmy Choo”dan 6 min 590 lirəlik çəkmə və “Etro”dan 2 min 245 lirəlik kürək çantası, daha sonra bahalı geyim və aksesuarlar alan ifaçı tapa bilmədiyi bəzi məhsulları ölkə xaricindən sifariş verib.
Aytən Sadıqzadə
www.oxu.az