Müğənni İlahə İbadova keçmiş həyat yoldaşı tərəfindən döyülüb.
Oxu.Az xəbər verir ki, bunu “Düzünü desək” verilişində qonaq olan ifaçının özü etiraf edib:
“Düzdür, belə bir şey olub. Məni ATV-nin qabağında döyüb. İşçilərdən görən də olub”.
Müğənni keçmiş əri tərəfindən döyülməsinin səbəbini isə belə açıqlayıb:
“Mənim köməkçim oğlan idi. O da deyirdi, sənin köməkçin niyə oğlandır. Bu cür bəhanələr gətirirdi. Köməkçim istədi mənə yardım etsin. Sadəcə olaraq, mən ailə söhbətimizə qarışmasına razı olmadım və onu yola saldım getdi”.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin