Daxili İşlər Nazirliyi teleaparıcı və baxıcı İlham Mirzəyevin həbs səbəblərini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Qafqazinfo-ya DİN-in mətbuat xidmətinin rəis müavini Ehzan Zahidov açıqlama verib. Onun sözlərinə görə, İlham Mirzəyev polis orqanlarının keçirdiyi əməliyyat nəticəsində həbs olunub:
“İlham Mirzəyevin saxlanmasına səbəb vətəndaşların baxıcı tərəfindən aldadılması ilə bağlı çoxsaylı müraciətləri olub. İlham Mirzəyevə Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə (dələduzluq) cinayət işi açılıb. Hazırda istintaq gedir”.