Xəzər telekanalında yayımlanan “Telemaqazin” verilişinə verdiyi müsahibədə gənc müğənni İlhamə Qasımova “Gelandewagen” markalı qara rəngli avtomobil aldığını söyləyib.
Xanım müğənni qeyd edib ki, o yeni avtomobilini sifarişlə gətirib.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bunları deyib:
“Düzdür, istədiyim rəng gəlmədi, amma yenə də sevdiyim maşın və çox sevdiyim modeldir. Ümumiyyətlə, həmişə deyirəm ki, avtomobilsiz qala bilmərəm. O mənim ikinci və ən əsas həyat yoldaşımdır”.
İlhamə Qasımovanın bundan əvvəlki avtomobili də ağ rəngli “Gelandewagen” idi.