Ötən gün günorta saatlarında Gədəbəy rayonunun Qızıltorpaq kəndində 88 yaşlı kişi intihar edib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Gədəbəy rayon prokurorunun köməkçisi Anar Nağıyevin verdiyi məlumata görə, yaşlı kişi müəmmalı səbəb üzündən kəndin kənarındakı meşəlikdə ağacdan özünü asıb.
Belə ki, 1925-ci il təvəllüdlü Gülmalı Əhməd oğlu Məmmədovun meyidi günorta saatlarında meşəlikdə ağacdan asılmış halda tapılıb.
Dərhal hadisə yerinə polis, prokurorluq və digər hüquq-mühafizə orqanları cəlb olunub. Meyit müayinə üçün tibbi ekspertizadan keçirilib. Onun intihar etdiyi məlum olub. İntiharın səbəbi hələki məlum deyil.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.