Müğənnilər İlhamə Qasımova və Anar Bəylər “Ayrıldıq” adlanan mahnı üçün bir araya gələrək, birgə duetə imza atıblar.

Oxu.Az-a açıqlama verən ifaçılar işbirliklərinin uğurlu olacağını və gələcəkdə də oxşar və fərqli layihələrə imza atacaqlarını bildiriblər.

Sözlərini Anar Bəyların yazdığı mahnının yeni versiyada aranjimanı Coşqun Qadaşova, “mix master” işi isə Fərid Ağaya məxsusdur.
Şəklin müəllifi fotoqraf Xalid Zeynalovdur.