Xalq artisti İlhamə Quliyeva həmkarı Aygün Kazımovanın qızı İlqarə Kazımovaya titul verməkdən imtina edib.
Oxu.Az-ın Lent.az-a istinadən məlumatına görə, “Xəzər” telekanalının “Bizim gün” verilişinə qonaq olan İ.Quliyeva İlqarənin titul almasının tez olduğunu vurğulayıb:
“İlqarənin damarında istedadlı qan axır. Çünki onun Aygün kimi anası var. Bilirsiniz ki, mən heç kimə ad vermirəm. Ad vermək dövlətə məxsusdur.
Sevdiyim insanlara kompliment ünvanlayıram. İlqarə istedadlı qızdır, ada layiqdir. Gələcəkdə layiqli sənət nümayəndəsi olacağına inanıram. Amma indi İlqarə üçün bu hələ tezdir. Üzərində bir az da çalışsın. Gələcəkdə ona da bir ad verəcəm” deyib.
Xatırladaq ki, A.Kazımova maqazin proqramlarının birində İlqarə üçün xeyir-dua və titul istəyib. O, hətta bildirib ki, İlhamə xanım İlqarəyə “balaca diva”, “star qızı” adı verə bilər.