Xalq artisti İlhamə Quliyeva qalmaqal yaradacaq açıqlamalar verib.
Oxu.Az-ın məlumatına görə, müğənni “Onlar” verilişində ona söz atan insanlara xəbərdarlıq edib:
“Bəsdir böyük sənətkarlara söz atdılar, sataşdılar. Bu qədər də olmaz. Mən kraliçayam. Mən indi yox mən dünyaya gələndən kraliçayam. İndi noldu hamı kraliça oldu? 10 nəfərdə başına tac taxıb otursa tac mənimdir. Tacın sahibi mənəm. Əcəb eləmişəm, titul vermişəm, verəcəm. Mənim sözüm keçərlidir, qanundur. Çaşanlara demək istəyirəm ki, çaşmayın. Çaşanı bilirsiniz də İlhamə nə günə qoyur?”.