Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

SOCAR benzinin qiymətinin artacağı ilə bağlı xəbərləri şərh etdi
Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) Avro-3 standartlı benzinin istehsalına 2015-ci ildə başlayacaq.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEİBC) tədbirində SOCAR-ın emal üzrə vitse-prezidenti Davud Məmmədov Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun 2014-cü il yanvarın 1-dən Azərbaycanda Avro-3 standartının tətbiqinin başlayacağı barədə bəyanatını şərh edərkən bildirib.
“Böyük ehtimalla, idxal olunan nəqliyyat vasitələrinin mühərriklərinə münasibətdə Avro-3 standartının tətbiqi nəzərdə tutulur”, – deyə, D.Məmmədov bildirib.
O qeyd edib ki, Azərbaycanda Avro-5 yanacaq standartına keçid mərhələli şəkildə həyata keçiriləcək.
“Avro 5-ə keçidi 2023-2025-ci illərdə, Bakının Qaradağ rayonunda neftin və qazın emalı, neft kimyası məhsullarının istehsalı üzrə kompleksin tam istismara verilməsindən sonra həyata keçirmək planlaşdırılır. Həmin vaxtadək Azərbaycanda Avro-3 standartlı benzin istehsal olunacaq” – deyə, SOCAR-ın vitse-prezidenti bildirib.
"Bakı" teqi üzrə xəbərlər
- Bakının hansı əraziləri fərdi yaşayış evi tikmək üçün əlverişlidir?
- Bakıda müğənninin qızı rəfiqələrinə qoşulub evdən qaçdı
- Tullantıdan elektrik enerjisinə gedən yol - Zavoddan FOTOREPORTAJ
- Bakıda maskalı şəxs lombarda silahlı basqın edib - ANBAAN GÖRÜNTÜLƏR
- "Bakıda üç gündür aşan yol nişanı təmir edilmir" - Şikayət