“Təhminə” filminin qəhrəmanları Fəxrəddin Manafov və Meral Konrat 20 ildən sonra görüşərək ötən günləri xatırlayıblar.
Oxu.Az xəbər verir ki, filmin qəhrəmanları “Nargis” jurnalının layihəsi çərçivəsində bir araya gəliblər.
Xatırladaq ki, yazıçı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” adlı romanı əsasında ekranlaşdırılmış “Təhminə” filmi 1993-cü ildə çəkilib.
Filmdə Zaur obrazını Fəxrəddin Manafov, Təhminə obrazını türk aktrisası Meral Konrat oynayıblar.
Filmin rejissoru Rasim Ocaqovdur.