Xalq artisti İlhamə Quliyeva şou-biznesdə daha bir müğənniyə titul verib.
Oxu.Az-ın məlumatına görə, “Əsl şou”ya qonaq olan müğənni Nadir Qafarzadə bildirib ki, İ.Quliyeva ona “Şah” titulu bağışlayıb:
“Bir neçə gün öncə İlhamə xanım mənə zəng vurub dedi ki, sənə yeni titul verirəm: “Nadir şah”. İndi bundan sonra hər kəs məni “Nadir şah” kimi təqdim etməlidir”.
Qeyd edək ki, İ.Quliyeva şou-biznesdə bir çox tanınmış müğənnilərə titul verib.
Aytən Sadıqzadə
www.oxu.az