Aprelin 3-də dünyasını dəyişən türkiyəli müğənni Kayahanın həyat yoldaşı İpək Açara qoyduğu miras açıqlanıb.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, son 5 il ərzində yazdığı və heç kimin eşitmədiyi mahnıları ifa etmək hüququnu xanımına vəsiyyət edib.
Qeyd edək ki, İpək Açar Kayahanın yeni mahnılarından ibarət albom hazırlayır. O, albomu payızda təqdim edəcək.
Aytən Sadıqzadə