Xalq artisti İlhamə Quliyeva yıxılıb.
Oxu.Az xəbər verir ki, publika.az-ın məlumatına görə, sənətkar telekanalların birində qonaq olarkən qəfildən ayağının büdrədiyini və yıxıldığını deyib:
“Televiziyada qonaq idim, nəsə, ayaqqabım ilişdi, ayağım büdrədi. İnan ki, heç bir şey hiss etmədim, heç nə olmadı. Uşaqlar da gördü, amma yaxşı ki, çəkmədilər”.
Xalq artisti bu hadisədə zədə almamasını anasının ruhunun onunla olması ilə izah etdi:
“İnanın ki, anamın ruhu məni hər zaman qoruyur. Mən bunu hiss edirəm. Siz təsəvvür edirsinizmi, anam mənə yuxuda telefon açır, mənimlə hal-əhval tutur”.