Tanınmış telejurnalist Sevil Nuriyeva ana olub.
Oxu.Az-ın məlumatına görə, Türkiyədə yaşayan aparıcının oğlu dünyaya gəlib. O, bu haqda Facebook səhifəsində yazıb:
“28.05.2014 tarixində səhər saat 11.00-da həyat yoldaşım Etimadla heç vaxt yaşamadığımız hissləri yaşadıq. Oğlumuz İlyas doğuldu. Mənim üçün dua edən, sevinən, zəng edən hər kəsə təşəkkürlər. Allah hər kəsə bu duyğunu yaşamağı nəsib etsin”.