Xəbər verdiyimiz kimi dünya şöhrətli fransız müğənnisi Patrisia Kaas Bakıdadır.
Oxu.Az xəbər verir ki, müğənni mayın 29-da Heydər Əliyev Sarayında keçiriləcək konsertinə həsr edilmiş mətbuat konfransı keçirib.
Səfər çərçivəsində Patrisia Kaas həmçinin, Heydər Əliyev Mərkəzində olub. O, Heydər Əliyev Muzeyində Ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən eksponatlarla, eyni zamanda, “Azərbaycan inciləri: tarixin axarında” sərgisində Azərbaycanın qədim tarixi ilə tanış olub.
Patrisia Kass daha sonra Mərkəzdə nümayiş olunan sərgilərə, eləcə də məşhur fotoqraf Anri Kartier-Bressonun mayın 26-da açılan “Paris” adlı fərdi sərgisinə baxıb.