Xalq artisti İlhamə Quliyevanın Mərkəzi Neftçilər Xəstəxanasındakı müayinəsi hal-hazırda davam etməkdədir.
Oxu.Az xəbər verir ki, dünən Natavan Həbibi də primadonnanı ziyarət edib.
İlhamə Quliyeva Natavanın yenə də onun yanında olduğunu və lazımi dəstəyini əsirgəməyəcəyini söyləyib.
“Natavanla aramızda heç bir problem yoxdur. Münasibətlər əvvəl necə idisə, indi də eyni qaydada davam edir. Hamıya deyirəm ki, dalaşmayın, mehriban olun”.
Bu günə qədər xalq artistləri Aygün Kazımova, Faiq Ağayev, əməkdar artistlər Cavanşir Məmmədov, Firuzə İbadova, müğənni Sevda Yahyayeva və Ayan Babakişiyeva, prodüser Tolik və iş xanımı Ruhi Əliyeva da sənətkarı ziyarət ediblər.
Aytən Sadıqzadə
www.oxu.az