Xəbər verdiyimiz kimi, ötən gün mərhum Xalq artisti İlhamə Quliyevanın məzarına bacıları tərəfindən qoyulan güllər oğurlanıb.
Oxu.Az xəbər verir ki, sənətkarın bacısı Gülbahar Quliyeva Teleqraf.com-a açıqlamasında oğurluq hadisəsini törədənlərin hüquq-mühafizə orqanları qarşısında cavab verəcəyini deyib.
“Gülü götürənlərin Allah cəzasını versin. Dünən biz gül çələngini qoyduqdan sonra gülləri oğurlayıblar. Bundan axşam xəbər tutduq. Kimin oğlurladığını bilmirəm. Bu gün hüquq-mühafizə orqanlarına müraciət edəcəyik”.

Xatırladaq ki, İlhamə Quliyeva II Fəxri Xiyabanda dəfn edilib.
А.S.
www.oxu.az