Xalq artisti, "Şərəf" və "Şöhrət" İlhamə Quliyeva Vikipediyada atasının kimliyi ilə bağlı təzadlı məlumata aydınlıq gətirib.
Oxu.Az xəbər verir ki, xalq artisti "10lar"a açıqlamasında bildirib ki, onun doğma atası sənədlə Məzahir Quliyevdir:
“Quliyeva İlhamə Məzahir qızıyam. “Şöhrət” ordeninin vəsiqəsində Məzahir qızı yerinə, Həbib qızı yazılıb. Mənim 5 yaşım olanda anam Tükəzban xanım Həbib bəylə ailə həyatı qurub.
Həbib Bayramov atalar atasıdır. Məzahir Quliyev məni yaradıb, Həbib Bayramov mənə tərbiyə verib”.
Aytən Sadıqzadə