Məşhur aparıcı İlkin Həsəni çəki atan məşhurlar karvanına qoşulub.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, 1 ay ərzində 7 kq arıqlayıb.
Bu barədə teleaparıcının özü "Instagram"da məlumat yayıb. İlkin sağlam qidalanma üsulu ilə çəki atdığını söyləyib: “Baş çəkilişlərə qarışıq oldu, əldə olunan nəticə haqqında məlumat verə bilmədim. Sağlam qidalanma ilə 1 aya 7 kiloya əlvida dedim, çəkilişlərdən sonra isə dərhal idmana gedəyəcəm”.
E.Ə.
www.oxu.az