Ötən gün ATV telekanalının sevilən siması İlkin Həsəninin səsi qonşu telekanaldan eşidildi.
Oxu.Az xəbər verir ki, Türkiyənin ATV telekanalında yayımlanan “Kim Milyoner Olmak İster” intellektual yarışmasında teleaparıcı İlkin Həsəninin illər öncə “Atv Maqazin” proqramında səsləndirdiyi süjetin səsi nümayiş olunub.
Sualları cavablandıran iştirakçı xanım proqramda ana tərəfinin azərbaycanlı olduğunu söyləyib.
Xatırladaq ki, azərbaycanlı pianoçu Abuzər Manafzadə həmin şouda iştirakı zamanı 10-cu suala qədər cavab verərək 60 min lirə (təxminən 30 min dollar) qazanmışdı. Abuzər Manafov tanınmış musiqiçi İslam Manafovun oğludur.
Həmin məbləği “Kim Milyoner Olmak İster” şousunda iştirak edən azərbaycanlılardan hələ heç kim qazanmayıb.
Həmin videonu təqdim edirik:
Aytən Sadıqzadə
www.oxu.az