Tanınmış teleaparıcı İlqar Mikayıloğlu ANS telekanalından gedib.
Bu barədə Oxu.Az-a aparıcının həyat yoldaşı Zülfiyyə xanım məlumat verib.
O bildirib ki, aparıcı hazırda müalicə alır:
“İlqar bəyin ANS telekanalı ilə müqavilə müddəti bitib. Bilirsiniz ki, onun qolu sınıb, hal-hazırda müalicə alır. Hələlik hansı telekanalda çalışıb-çalışmayacağını deyə bilmərəm”.
Xatırladırıq ki, ötən ay ANS TV-nin “Günə Baxan” verilişinin anons çəkilişləri zamanı aparıcı İlqar Mikayıloğlunun qolu sınmışdı.
Aytən Sadıqzadə