“İnternı” serialında çəkilən aktyor Kazimir Liske Moskvada dünyasını dəyişib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə artistin agenti Reyçel Yakuboviç məlumat verib.
“Kazimir bu gün Moskva vaxtı ilə saat 04:00-da pəncərədən yıxıldıqdan sonra ölüb”, - agentliyin həmsöhbəti deyib, amma baş verən hadisənin təfərrüatlarını açıqlamayıb.
Aktyor 1982-ci ildə ABŞ-da anadan olub. “İnternı” serialından başqa o, “İvan Qroznı”, “Günah paytaxtı”, “Gedən natura” filmlərində də çəkilib.
A.S.
www.oxu.az