ATV-də yayımlanan “Qonaq gəl bizə” verilişinin budəfəki qonağı bir ayağı Türkiyədə, bir ayağı Azərbaycanda olan müğənni İradə İbrahimova olub.
Oxu.Az xəbər verir ki, İradə İbrahimova şair Mikayıl Müşfiqi, yazıçı Əbdürrəhim bəy Haqverdiyevi və aktyor Həsən Məmmədovun fotosunu tanımayıb.
M.Müşfiqin şəklinə baxan müğənni “Cəfər Cabbarlıdır. Kimdir bəs? Biabırçılıq. Siz də elə şəkillərini gətirmisiniz ki... ” söyləyib.
Aytən Sadıqzadə