Türkiyədə yaşayan müğənni İradə İbrahimova həyat yoldaşı Ceyhun İzərin fotosunu İnstagramda paylaşaraq maraqlı şərh yazıb.
Oxu.Az xəbər verir ki, müğənninin həyat yoldaşı əvvəlki çəkisindən xeyli çəki atıb. İradə xanım onu qısqandığını etiraf edib:
“Bu nə yaraşıqlılıqdır, Ceyhun bəy. Olmayan qısqanclıq hisslərimi ortaya çıxarıram. Ceyhun çox kök olduğu üçün ilk vaxtlarda çox arıqladı. Əlbəttə ki, pəhriz və idman vasitəsilə. Ümumilikdə 20 kiloqram çəki atıb. Burada çox yaxşı dietoloq var. Onun verdiyi menyu hər həftə dəyişir”.

Aytən Sadıqzadə
www.oxu.az