İradə İbrahimovanın daha bir klipi Türkiyədə ekranlaşdırıldı.
Oxu.Az xəbər verir ki, söz və musiqisi Şəhrizata məxsus türk mahnısına Gülşən Aybaba ekran həyatı verib.
Xatırladaq ki, sözügedən rejissor sənətçimizin sayca ikinci klipinin müəllifidir. Çəkilişlər Kilyosda və İstanbulun bəzi yerlərində, eyni zamanda dəniz kənarında aparılıb.
İradə xanım klipin sujet xətti olmadığını və müxtəlif geyimdə, məkanlarda çəkildiyini diqqətə çatdırıb.