Türkiyənin məşhur müğənnisi İrem Derici artıq Bakıdadır.
Oxu.Az xəbər verir ki, İrem bu barədə sosial şəbəkə hesabında videopaylaşım edərək, dörd ildən sonra artıq Azərbyacana gəldiyini bildirib.
İrem Derici bir neçə dəfə konsertlərinin baş tutmamasını etiraf edib:
“Dörd il sonra Bakıdayam. Axşam çox gözəl konsert olacaq. Səhnədə əfsanəyəm. Həmçinin, Azərbaycandakı bəy namizədlərə səslənirəm. Çünki türk kişilərindən bezmişəm. Konsertə gəlin, kulisdə çay içək”.
Sevinc Yasinqızı