Məşhur model İrina Şeyk Bakıda gecə klublarının birində əyləncə “parti”sində iştirak edib.
Oxu.Az xəbər verir ki, mayın 31-də Bakıya gələn tatar model Heydər Əliyev Mərkəzində təşkil olunan moda layihəsi çərçivəsində iştirak edib.
Ronaldonun sevgilisi kimi tanınan İrina Şeyk həmçinin Bakıda yerləşən “Pasifico - Lounge & Dining” restoranında əylənib. Model İnstagram hesabında növbəti dəfə Bakıya gəlişini səbirsizliklə gözlədiyini yazıb.
Həmin “parti”dən fotoları təqdim edirik. Fotoların müəllifi Yusif Novruzzadədir.
Aytən Sadıqzadə
www.oxu.az