29 yaşlı model İrina Şeyk Barselonada Gəlinlik həftəsi çərçivəsində baş tutan Pronovias kolleksiyasından yeni geyimləri nümayiş etdirib.
Oxu.Az xəbər verir ki, dizayner Erve Moro İrina üçün hazırladığı uzun şleyfli yarışəffaf krujeva gəlinlik xüsusilə diqqət çəkib. Dəfilədə fransalı model Konstans Yablonski və Victoria's Secret-in “mələyi” Romi Striyd də yer alıb.