Yaxın günlərdə Kriştiano Ronaldodan ayrılan İrina Şeyk yeni müsahibə verib.
Oxu.Az əcnəbi mətbuata istinadla xəbər verir ki, rus top-model Real-Madridin portuqaliyalı superstarı Kristiano Ronaldo ilə ayrılığının ardından verdiyi açıqlamada aldadıldığını söyləyib.
29 yaşındakı Şeyk “Əvvəl ideal kişini tapdığımı düşünmüşdüm, amma elə deyilmiş. İdeal kişi etibarlı, dürüst, bəyəfəndi və qadınlarla necə davranacağını bilən biri olmalıdır. Əgər səhv seçdiyiniz adamın yanındasınızsa, özünüzü çirkin hiss edirsiniz. Mən də özümü çirkin və etibarsız hiss edirdim” deyib.
Aytən Sadıqzadə