Küçə dəbinin ikonasına çevrilən super model İrina Şeyk son görünüşü ilə pərəstişkarlarını məyus edib.
Bu barədə “Daily Mail” xəbər yayıb.
Bildirilir ki, qızı Leya ilə paparazilərin obyektivinə tuş gələn modelin əynində uzun lonqsliv və dəri botfortlar olub.
“Uzun çəkmə geyinən qızları tənqid etmək istəməsəm də bu çəkmə deyil, sadəcə cibləri olmayan şalvardır”, “Başdan ayağa çirkin obraz”, “Bu “köynək” iyrəncdir, ədəbsizdir” kimi şərhlərlə istifadəçilər narazılıqlarını bildiriblər.
Bununla belə, onun görünüşünü bəyənənlər də az olmayıb.