Dünyaca məşhur model İrina Şeyk növbəti dəfə də açıq-saçıq geyimləri ilə mövzu obyektinə çevrilib.
Oxu.Az əcnəbi mətbuata istinadən xəbər verir ki, 28 yaşlı model “Twin Set” brendinin siması olub. Dünya şöhrətli futbolçu Kriştiano Ronaldonun sevgilisi İrina Şeyk həmin markanın payız kolleksiyasının geyimlərini nümayiş etdirib.